Ukraynada daha 180 işğalçı MƏHV EDİLDİ - FOTO

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 41350 (+180) canlı qüvvəsi, 1774 (+6) tank, 4022 (+8) zirehli döyüş maşını, 939 (+3) artilleriya sistemi, 259 (+0) reaktiv yaylım atəşi sistemi, 118 (+1) hava hücumundan müdafiə sistemi, 223 (+0) təyyarə, 191 (+0) helikopter, 740 (+1) əməliyyat-taktiki səviyyəli PUA, 180 (+6) qanadlı raket, 15 (+0) gəmi/qayıq, 2922 (+8) avtomobil avadanlığı və tanker, 83 (+1) xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində verib.
Nərmin Vüqarqızı
