ABŞ-ın desant gəmisi Finlandiyaya gələcək

 11:57 03.08.2022     136

ABŞ Hərbi Dəniz Donanmasının “USS Kearsarge” desant gəmisi avqustun 5-də Finlandiyanın paytaxtı Helsinkinin limanına yan alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələrindən bildirilib.

Məlumata görə, “Wasp” tipli “USS Kearsarge” desant-hücum gəmisinin uzunluğu 257 metrdir. Gəmidə bir neçə helikopterin və amfibiya gəminin olduğu açıqlanıb. “USS Kearsarge” göyərtəsndə 2 min dəniz piyadası və matros var. Gəminin Xernesaari limanında lövbər salacağı və ziyarət üçün açıq olmayacağı bildirilib.

Məlumata görə, Baltik dənizinin şimalında, Finlandiyanın Xanko və Upinniem rayonlarında avqustun 8-9-da yerli Hərbi Dəniz Qüvvələri ilə birlikdə keçiriləcək təlimdə “USS Kearsarge” və heyəti də iştirak edəcək. Onunla yanaşı təlimə “USS Arlington” və “USS Gunston Hall” gəmiləri, ABŞ-ın Dəniz piyada korpusunun hissələri də qatılacaq.