İranda daşqın nəticəsində ölənlərin sayı 90-a çatıb - FOTO

 15:15 03.08.2022     236

İranda baş verən güclü daşqınlar nəticəsində azı 90 nəfər həlak olub. 

Bu barədə İranın Qızıl Aypara Təşkilatından məlumat verilib.

Bildirilir ki, təbii fəlakət nəticəsində daha səkkiz nəfər itkin düşüb. Bu səbəbdən qurbanların sayının artacağı istisna olunmur.

Qeyd edək ki, iyulun sonunda İranda güclü yağışların səbəb olduğu daşqınlar ölkənin 31 vilayətindən 24-nə təsir edib. Ən çox Bəxtiyariyyə, İsfahan, Yəzd, Luristan, Mazandəran, Tehran və Çeharmehal zərər çəkib.