Ermənistan silkələndi

 15:40 03.08.2022     518

Ermənistan-Gürcüstan sərhədində 2,6 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin Seysmik Mühafizə Xidməti tərəfindən saat 13:11-də zəlzələ qeydə alınıb. Hadisə Ermənistan və Gürcüstan sərhəddindəki Bavra kəndindən 13 kilometr şimal-şərqdə baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 3-4 bal olub.  

Ermənistanın Şirak rayonunun Bavra və Sarağyuq yaşayış məntəqələrində 3 bal gücündə zəlzələ hiss olunub.

Nərmin Vüqarqızı