Ukraynada daha 150 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:12 04.08.2022     1126

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 41 350 (+150) canlı qüvvəsi,  1 789 (+15) tank, 4 026 (+4) zirehli döyüş maşını, 946 (+7) artilleriya sistemi, 260 (+1) reaktiv yaylım atəşi sistemi, 118 (+0) hava hücumundan müdafiə sistemi, 223 (+0) təyyarə, 191 (+0) helikopter, 742 (+2) PUA, 182 (+2) qanadlı raket, 15 (+0) gəmi, 2 960 (+38) avtomobil texnikası və avtosistern, 83 (+0) xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində verib.

Nərmin Vüqarqızı

2