Çin Tayvana ballistik raketlər atdı

 13:31 04.08.2022     832

Çin Tayvanın şimal-şərq və cənub-qərb sahilləri ətrafındakı sulara bir neçə orta mənzilli “Dongfeng” ballistik raketini atıb. 

Redaktor.az “Röyters”ə istinadən xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyi raketlərin buraxılışına cavab olaraq müdafiə sistemlərini işə saldığını bildirib.

Məlumat daha sonra Çin tərəfindən təsdiqlənib. Çinin dövlət mediası hədəfin dəqiqliklə vurulduğunu bildirib.

Qeyd edək ki, “Dongfeng” raketləri Çin Xalq Azadlıq Ordusu tərəfindən idarə olunur (qafqazinfo).