Sabah taxıl daşıyan daha 3 gəmi yola düşəcək

 22:47 04.08.2022     376

Avqustun 5-də taxıl daşıyan daha 3 gəminin Ukrayna limanlarından yola düşməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.