Lavrov Paşinyana  CAVAB VERDİ

 11:15 05.08.2022     269

“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının detalları ilə bağlı təkliflərini hələ də görməyib. Ona görə də belə halda mənim üçün bu suala cavab vermək çətindir”.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ermənistan təbii ki, təşəbbüslər irəli sürə bilər. Hələ ki biz onları görməmişik”, - Rusiya XİN başçısı deyib.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Qarabağda fəaliyyət göstərən sülhməramlılardan narazılığını ifadə edib.