Ukraynada daha 150 işğalçı MƏHV EDİLDİ - FOTO

 11:52 05.08.2022     525

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 41 650 (+150) canlı qüvvəsi,  1 792(+3) tank, 4 032 (+6) zirehli döyüş maşını, 950 (+4) artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 (+5) hava hücumundan müdafiə sistemi, 223 (+0) təyyarə, 191 (+0) helikopter, 742 (+2) PUA, 182 (+2) qanadlı raket, 15 gəmi, 2 964 (+4) avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində verib.

İLTİFAT

2