ABŞ dövlət katibi Çini HƏDƏLƏDİ

 12:49 05.08.2022     200

ABŞ dövlət katibi Entoni Blinken Çinə xəbərdarlıq edib.

Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, o, bu barədə ASEAN Regional Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.

E.Blinken bildirib ki, Çin Tayvan ərazisinə raket atmağı dayandırmalıdır: “Bu, əsassız eskalasiyadır. ABŞ Çinlə böhran istəmədiyini dəfələrlə bildirib”.

ABŞ dövlət katibi vurğulayıb ki, Çinin hərəkətlərinə heç bir halda bəraət qazandırmaq mümkün deyil.