Çin Pelosiyə qarşı sanksiyalara hazırlaşır

 14:07 05.08.2022     338

Çin hökuməti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun yaxın qohumlarına Tayvana “təxribat xarakterli səfər etdiyinə görə” sanksiyalar tətbiq edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

“Pelosinin çirkin, təxribatçı hərəkəti ilə əlaqədar Pekin ÇXR-in müvafiq qanunlarına uyğun olaraq Pelosi və onun yaxın qohumlarına qarşı sanksiya tədbirləri tətbiq etmək qərarına gəlib”, - deyə qurum bildirib. 

Xatırladaq ki, avqustun 2-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Çinlə gərginliyə səbəb olub.

Nərmin Vüqarqızı