Türkiyə və Rusiya arasında yeni səhifə açılır - Ərdoğan

 17:00 05.08.2022     381

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə lideri Soçidə keçirilən ikitərəfli görüşdən əvvəl bildirib.

"Sizə çox təşəkkür edirəm. Nümayəndə heyətlərimizin Türkiyədəki görüşləri səmərəli oldu. Türkiyə və Rusiya arasında fərqli bir səhifə açılacaq. Bu gün ikitərəfli görüş Türkiyə və Rusiyanın bölgədə oynadığı rolu ortaya çıxarması baxımından vacibdir. Bizim yanaşmamız bölgəyə rahatlıq gətirəcək”,- deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, hazırda Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilir.