Rusiyaya işləyən ukraynalı general  SAXLANILDI

 18:38 05.08.2022     136

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin keçmiş rəis müavini Oniska Vyaçeslav Vasilioviç dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. 

Redaktor.az  xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. 

Bildirilib ki, general-mayor dövlətə xəyanətdə, habelə, asayiş keşikçisinin həyatına qəsd etməkdə və qanunsuz silah saxlamaqda şübhəli bilinir.

İstintaqın məlumatına əsasən, Vasilioviç Ukraynadakı mövcud hərbi-siyasi vəziyyətlə bağlı məxfi məlumatları Rusiyanın xüsusi xidmət orqanlarına ötürüb.

İş yerində axtarış zamanı həmin şəxs Makarov tapançasından Mühafizə Xidmətinin istintaq-əməliyyat qrupunun nümayəndələrini güllələməyə cəhd edib.

Oniska Vyaçeslav Vasilioviç 2008-2010-cu illərdə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəis müavini olub. Daha sonra dövlət qulluğunda müxtəlif vəzifələrdə, eləcə də Ukrayna Dövlət Kosmik Agentliyinin rəhbərliyi sıralarında çalışıb. O, SSRİ dövründə Moskva Ali Hərbi Komandanlıq Məktəbində və "Frunze" adına akademiyada oxuduğu zaman formalaşmış kremlpərəst fikirlərinə görə, Rusiya xüsusi xidmət orqanlarının diqqətini çəkib. Rusların göstərişi ilə Müdafiə Nazirliyində, o cümlədən Kəşfiyyat Baş İdarəsində, eləcə də Saqaidaçnı adına Milli Quru Qoşunları Akademiyasında dolaşan məxfi məlumatları toplayıb. 

Saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.