İslamçı terrorçular İsrailə yüzlərlə raket atdı

 23:19 06.08.2022     1234

“Sübh” əməliyyatının ilk günündə hava hücumlarına cavab olaraq Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.

Redaktor.az  “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağında, 29-u Aralıq dənizində, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb.

Həmçinin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir. Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 95,9 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər.

Hazırda raket hücumları davam edir. Xüsusən, Sderot və Eşkol şəhərləri atəş altındadır, Aşdodda sirenlər işə salındıqdan sonra bir neçə raketin qarşısı alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən