Avtobus qəzasında yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

 12:00 07.08.2022     871

Bakı-Ələt-Qazax magistralında baş verən ağır yol qəzası nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Elvin Mürşüdov təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “report”a KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, xəsərət alan şəxsin vəziyyəti çox ağırdır: “Elvin Mürşüdov ağır kəllə-beyin travması diaqnozu ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kəskin ağırdır, əməliyyata götürülmə ehtimalı yüksəkdir”.

Vumart və Güvən reklamı Vumart Güvən