Ukraynada daha 300 işğalçı MƏHV EDİLDİ - FOTO
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 42200 (+300) canlı qüvvəsi, 1805 (+3) tank, 4055 (+4) zirehli döyüş maşını, 958 (+3) artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 132 (+5) hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 750 (+6), PUA, 182 qanadlı raket, 15 gəmi, 2 978 (+8) avtomobil texnikası və avtosistern, 86 (+1) xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində verib.
Nərmin Vüqarqızı













