Əfqanıstanın paytaxtında partlayış baş verdi

 13:45 07.08.2022     399

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Amad News” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə Kabilin 5-ci məhəlləsində olub. Partlayışın səbəbləri və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Radikal “Taliban” hərəkatının nümayəndələri insidentlə bağlı şərh verməyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən