Conson Londondakı evini satışa çıxardı

 02:30 08.08.2022     362

Böyük Britaniyanın istefa verən Baş naziri Boris Conson Londonda yerləşən evini 1,6 milyon funt-sterlinqə (1,8 milyon dollar) satışa çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Boris və Kerri Conson cütlüyü 400 milyon funt-sterlinq qazanmaq ümidi ilə 1,2 milyon funta aldıqları evi satışa çıxarıblar. Onlar evi 2019-cu ildə əldə ediblər" - nəşr yazıb.

Qeyd olunub ki, Conson evi öncə ayda 4 min funta kirayə vermək istəsə də, sonradan fikrindən daşınıb.

Vumart və Güvən reklamı Vumart Güvən