Nüvə münaqişəsi başlayarsa, BMT cavab verməyəcək
“Birləşmiş Millətlər Təşkilatı (BMT) potensial nüvə münaqişəsinə heç bir formada cavab verə bilməyəcək, çünki qlobal nüvə müharibəsi olacağı təqdirdə, cavab verə biləcək BMT olmayacaq”.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Tokioda jurnalistlərə deyib.
BMT rəhbəri həmçinin nüvə müharibəsinin “planetin məhvi” mənasına gələcəyinə əmin olduğunu bildirib.
Bununla əlaqədar o, nüvə güclərini ilk istifadə etməmə prinsipinə əməl etməyə və nüvə silahı olmayan dövlətləri təhdid etmək üçün nüvə silahından istifadə etməkdən çəkinməyə çağırıb.
“Aydındır ki, heç kim nüvə silahından ilk dəfə istifadə etməsə, heç bir nüvə müharibəsi olmayacaq”,- deyə baş katib vurğulayıb.
Nərmin Vüqarqızı












