Şuşadan və Hadrutdan qaçan ermənilər İrəvanda etiraz aksiyası keçirdi
Hadrut və Şuşadan çıxarılan ermənilər, İrəvanda ATƏT-in Minsk qrupu həmsədrləri olan ölkərlərin səfirlikləri qarşısında etiraz aksiyası keçiriblər.
Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, məcburi köçkünlər, Rusiyanın, Amerika Birləşmiş Ştatları və Fransa səfirliklərinə müraciət məktubu göndiblər.
Aksiya iştirakçıları ilk olaraq Rusiya səfirliyinə təqdim etdikləri məktubda onları narahat edən məsələləri qeyd ediblər. Bu, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyi və 9 noyabr 2020-ci il tarixli razılaşmanın həyata keçirilməsi ilə bağlıdır.
Qeyd olunub ki, köçkünlərin növbəti hədəfləri ABŞ və Fransa səfirlikləridir.
Xatırladaq ki, Şuşadan və Hadrutdan qaçan ermənilər daha əvvəl Birləşmiş Millətlər Təşkilatının və Ermənistan Hökümət binası qarşısında etiraz aksiyası təşkil ediblər.
Rəsmi məlumata görə, qaçqınlıq statusu tələb edən ermənilər Ermənistan pasportuna malikdirlər və buna görə də, status almaq üçün müəyyən edilmiş meyarlara uyğun gəlmirlər.
Şəms Şahinli












