“ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır” - Rusiyadan çağırış

 02:00 09.08.2022     485

“ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır”.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski deyib.

Onun sözlərinə görə, NATO açıq şəkildə özünü nüvə ittifaqı elan edir və ABŞ-ın nüvə silahları onlardan istifadəni təcrübədən keçirən qeyri-nüvə ölkələrinin ərazisində yerləşir.

Vişnevetski bunu təhlükəsizliyə mənfi təsir edən, nüvə münaqişəsi riskini artıran amil adlandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən