Ukraynada daha 160 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:35 10.08.2022     569

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 800 hərbçisi məhv edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 42800 (+160) canlı qüvvəsi, 1832 (+15) tank, 4086 (+10) zirehli döyüş maşını, 971 (+7) artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133  hava hücumundan müdafiə sistemi (+1), 232 (+9) təyyarə, 193 helikopter, 766 (+9), PUA, 185 qanadlı raket, 15 gəmi, 3005 (+7) avtomobil texnikası və avtosistern, 89 (+2) xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Nərmin Vüqarqızı

 

2