Bayden yenə çıxılmaz vəziyyətə düşdü

 12:16 10.08.2022     430

Ağ Evdə keçirilən mərasimdə ABŞ prezidenti Co Bayden Çinin çip istehsalı və texnologiyası ilə rəqabət aparmaq üçün daha əvvəl Senat və Nümayəndələr Palatası tərəfindən təsdiq edilmiş 280 milyard dollarlıq Çip və Elm Qanununu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu zaman Prezident yenə çıxılmaz vəziyyətə düşüb. Belə ki, Ağ Evin bağçasında keçirilən imza mərasimində danışan Bayden dəfələrlə öskürüb və çıxışından sonra əl sıxmağı unudub.

Gülüş hədəfinə çevrilən Bayden qanunla bağlı sözlərini belə yekunaşdırıb: "Bu gün imzaladığım Çip və Elm Aktı ABŞ üçün nəsildə bir dəfə qoyulan yatırımdır və Amerika xalqının fəxr edə biləcəyi qanundur. Hər kəsə təşəkkür etmək istəyirəm. Mən sizə söz verirəm ki, növbəti onillikdə biz yenidən dünyaya qayıdacağıq. Biz dünyaya rəhbərlik edəcəyik”.