İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı

 17:06 10.08.2022     315

İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin şöbə müdiri Məryəm Mesudifer bildirib.

Onun sözlərinə görə, xəstəliyə yoluxma hallarının demək olar ki, hamısı ölkənin qərbindəki Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müəyyən edilib.

Nazirlik rəsmisi vurğulayıb ki, indiyədək yoluxanlar arasında ölüm halı qeydə alınmayıb.