Güclü yağış 9 nəfərin ölümünə səbəb oldu

 20:55 10.08.2022     381

Cənubi Koreyanın paytaxtı Seul və qonşu əyalətlərdə güclü leysan yağışları yağıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Leysan səbəbindən yaranan daşqınlar nəticəsində üç gün ərzində 9 nəfər ölüb, 7 nəfər isə itkin düşüb. Bundan əlavə, 2,5 mindən çox ev və bina su altında qalıb.

Rəsmi məlumatlara görə, Seulda beş, Gyeonggi-do əyalətində üç və Kanvondo əyalətində bir ölüm qeydə alınıb. Ümumilikdə 17 nəfər yaralanıb.