11 yaşlı qız məktəbi yandırdı

 23:00 10.08.2022     233

 

 

Rusiyada Volqoqradda 11 yaşlı qız Verşinin küçəsindəki məktəbi yandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin saytında məlumat verilib.

Məlumata görə, rusiyalı qız rəfiqəsi ilə təhsil müəssisəsinin ərazisində gəzib. O, kağızı yandırıb və məktəb binasının qapısının altına itələyib. Bundan sonra məktəbdə yanğın başlayıb.

Məktəbli qız hərəkətini uşaq oyunu kimi izah edib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Dəymiş ziyanın məbləğini hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən edir.

Yanğın səbəbiylə yetkinlik yaşına çatmayan şəxs profilaktik protokollara salınacaq.