Ukraynada daha 200 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:05 11.08.2022     424

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 43 000 hərbçisi məhv edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 43000 (+200) canlı qüvvəsi, 1846 (+14) tank, 4100 (+14) zirehli döyüş maşını, 974 (+3) artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 134 (+1) hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 772 (+6), PUA, 185 qanadlı raket, 15 gəmi, 3018 (+13) avtomobil texnikası və avtosistern, 90 (+1) xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

İLTİFAT