Müharibəyə etiraz edən rus jurnalistə ev həbsi verildi 

 19:52 11.08.2022     378

Ukraynadakı müharibəyə etiraz edən rus jurnalist Marina Ovsyannikovaya ev həbsi verilib.

Redaktor.az xəbər verir ki, o, Rusiya silahlı qüvvələri haqqında saxta xəbərlər yaymaqda ittiham olunur.

Jurnalist barəsində cinayət işi açılıb və iki aylıq ev həbsinə məhkum olunub.

Qeyd edək ki, Marina Ovsyannikova mart ayında “Vremya” verilişində Ukraynadakı müharibəyə etiraz edib. Onun canlı yayım zamanı əlində tutduğu plakatın üzərində “Müharibəyə yox! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” sözləri yazılıb. Məlum hadisə dünya arenasında böyük rezonans doğurub.

Marina insident səbəbindən saxlanılsa da, sonradan sərbəst buraxılıb.

Bir anda dünya mediasının qəhrəmanına çevrilən Marinanın atasının ukraynalı, anasının isə rus olduğunu deyilir. Onun bu səbəbdən müharibəyə etiraz etdiyi bildirilir.