Ukraynada daha 2 azərbaycanlı həlak oldu - FOTO

 21:48 11.08.2022     552

Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül olan bir qrup şəhər sakinin DNT analizinin nəticəsi məlum olub.

Redaktor.az xəbər verir ki, Çerniqov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri İskəndər Vəliyevin sözlərinə görə,  şəhərin ərazi müdafiə qüvvələrinin üzvü olan, 1966-cı il təvəllüdlü Əsgərov Fəzail İsa oğlunun yanmış nəşini bu gün morqdan götürərək dəfn ediblər.

Digər həlak olan azərbaycanlı isə Poltova sakini olub. Poltava Azərbaycanlılar Radasının sədri Füzuli Qənbərov "Report"abildirib ki, yaxın qohumu, 1966-cı il təvəllüdlü Əsgərov Tofiq Məmməd oğlu Dnepropetrovsk vilayəti ərazisində mülki mühafizəçi işlədiyi əraziyə Rusiya ordusu tərəfindən raket zərbələri nəticəsində həlak olub. Onunla birlikdə daha 10 ukraynalı mülki sakin ölüb.

2