Parkda bədbəxt hadisə - 36 nəfər yaralandı

 22:42 11.08.2022     459

Almaniyanın Günzburq şəhərində yerləşən Leqoland parkındakı attraksionların birində qəza baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

"Fire Dragon” attraksionunda iki əyləncə qatarının toqquşması nəticəsində 34 nəfər xəsarət alıb, qurbanlardan ikisi ağır yaralanıb.

Hələlik attraksionlarda qəzanın konkret nədən baş verdiyi açıqlanmır. Nəşr bildirir ki, əyləncə parkı fəaliyyətini davam etdirəcək.