NATO Baş katibi Serbiya və Kosovo liderləri ilə görüşəcək

 15:22 12.08.2022     325

NATO Baş katibi Yens Stoltenberq Serbiya və Kosovo liderləri ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Baş katib hər iki ölkə lideri ilə avqustun 17-də Brüsseldə ayrı-ayrılıqda görüş keçirəcək.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovo Baş naziri Albin Kurtini ilə aparılacaq danışıqlarda Kosovoda serblərlə bağlı tətbiq olunan yeni qaydalar müzakirə olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən