Httpool və Reddit Avropa və Orta Asiyanın inkişaf edən bazarlarında reklamçılarla əməkdaşığa başlayır

 17:41 12.08.2022     229

İnkişaf etməkdə olan bazarlarda rəqəmsal reklam sahəsi üzrə aparıcı qlobal şirkət olan "Aleph Group, Inc." bu gün Reddit platforması ilə qlobal satış tərəfdaşlığına başladığını elan etdi.

Redaktor.az xəbər verir ki, Reddit platforması beynəlxalq miqyasda genişlənməyə davam edir və bu tərəfdaşlıq Avropa* və Orta Asiyadakı* reklamçıların daha uğurlu olmasına imkan yaradacaq.

Tərəfdaşlıq Avropa və Orta Asiyanın bəzi ölkələrində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən reklamçıların Reddit platformasının qlobal reklam imkanlarına çıxışını artıracaq və bu da reklamçılara həm yerli bazarda, həm də onun hüdudlarından kənarda olan Reddit istifadəçilərinə birbaşa çıxmaq imkanı yaradacaq. 

Reddit internet məkanının heç bir guşəsində tapılmayan 100 000-dən çox aktiv və unikal onlayn icmanın evidir. Platforma İnternetdə açıq və səmimi unisyyət quran və bu yolla da fəal şəkildə məlumat axtaran insanların birləşdiyi sosial şəbəkədir. Platformadakı dinamik icmalar oyunlardan tutmuş dəbə, əyləncədən tutmuş maliyyəyə qədər müxtəlif spektrli maraqlar ətrafında formalaşıb. Bu isə reklamçılara başqalarının davranışına təsir göstərə, qərar qəbul edə və cəmiyyətin mədəniyyətini formalaşdıra bilən güclü auditoriyaya çıxış üçün görünməmiş imkanlar yaradır.

«Bizim Aleph Group şirkəti ilə əməkdaşlığımız digər strateji regionlardakı reklamçılar üçün Reddit platformasının qapılarını açır və onların öz hədəf kütlələri ilə əlaqə qurmasına yardım edir. Biz bu yolla dünyada hər kəsi birləşdirmək və hamı üçün imkanları genişləndirmək üzrə missiyamızı yerinə yetiririk», — deyə Reddit şirkətinin vitse-prezidenti, satış və reklam üzrə prezidenti Harold Klay qey edib.«Biz Aleph Group ilə əməkdaşlıqdan və onların möhtəşəm beynəlxalq şəbəkəsindən istifadə etməklə dünya üzrə daha çox reklamçını əhatələməkdən və onları bizim platformada uzunmüddətli uğura kökləməkdən çox şadıq».

«Aleph Group-un missiyası əvvəllər qlobal rəqəmsal ekosistemə məhdud çıxışı olan yeni bazarlara və cəmiyyətlərə diqqət ayırmaq və onları dəstəkləməkdir. Bu isə ideya mübadiləsi aparmaq, yeni məlumatlar almaq və onları maraqlarından mözvular üzrə öz biliklərini artırmaq üçün platformaya gələn istəfadəçilərin Redditdəki aktivliyi ilə uzlaşır. Yeni tərəfdaşlıq sayəsində Reddit bizim rəqəmsal reklam sənayesini inkişaf etdirmək, reklam mütəxəssislərinin inkişafı və şirkətlərin biznesinin böyüməsi üçün səylərimizi bölüşür», — Aleph Group-un baş direktoru Qaston Taratuta qeyd edib.

* Avropa bazarları Xorvatiyanı, Kipri, Estoniyanı, Litvanı, Latviyanı, Macarıstanı, Rumıniyanı, Sloveniyanı, Bolqarıstanı, Çexiyanı, Moldovanı, Slovakiyanı və Polşanı əhatə edir. 

** Orta Asiya bazarları Azərbaycanı, Ermənistanı, Gürcüstanı, Qazaxıstanı, Tacikistanı, Türkmənistanı və Özbəkistanı əhatə edir.

Qedy edək ki,  Aleph inkişaf etməkdə olan bazarlardakı minlərlə reklamçını dünyanın aparıcı rəqəmsal platformaları ilə birləşdirən aparıcı qlobal rəqəmsal reklam şirkətidir. Aleph hazırda dünyanın 90-dan yuxarı ölkəsində fiziki təmsilçiliyi olmayan aparıcı dünya platformalarını təmsil edir ki, bu da Twitter, Meta, Snapchat da daxil olmaqla 30-dan çox platformaya başqa bazarlara çıxmaq, habelə, reklamçılara bu platformaların reklam imkanlarından tam yararlanmaq fürsəti yaradır. Bu cür uzunmüddətli tərəfdaş münasibətlər sayəsində Aleph bütün insanlar və şirkətlər üçün reklamları məhdudiyyətsiz şəkildə yerli və qlobal miqyasda yerləşdirmək imkanı yaardır.

Httpool — Aleph Group-un törəmə müəssisəsidir.  Twitter, Facebook, Spotify, Snapchat, TikTok, Warner Music, AdColony, Brainly, LG SmartTV Ads kimi platformaların Rusiya, Avropa və Asiyada reklam satışları üzrə eksklüziv tərəfdaşıdır. Şirkət bu platformaların biznesinin inkişafını dəstəkləyir və 30-dan çox bazarda reklamçılara yaxşı biznes nəticələri əldə etməyə imkan verir. Bütün dünya üzrə ən böyük rəqəmsal platformalara çıxış imkanları ilə öz texnologiyalarını və ekspert biliklərini unikal şəkil birləşdirməklə  Htpool şirkəti müxtəlif ölkələrdəki müştərilərə öz auditoriyalarını tapmaqda, reklam kampaniyalarından gələn investisiya gəlirlərini maksimum artırmaqda, biznesini inkişaf etdirməkdə və yeni bazarlara çıxmaqda dəstək verir.

Httpool şirkətinin baş ofisi Böyük Britaniyada, digər ofisləri isə Mərkəzi Avropa, Skandinaviya, Baltikyanı, Balkan, MDB ölkələrində və Cənub-Şərqi Asiya regionunda yerləşir. Aleph Group-un törəm müəssisələri 50-dan çox ölkədə 20-dən çox beynəlxalq media platformasını təmsil edir.

Httpool haqda ətraflı məlumatı bu saytdan almaq olar: httpool.com.

 

 

Reddit haqda

 

Reddit öz maraqlarına və hobbilərinə uyğun olaraq müxtəlif onlayn icmalarda birləşən insanlar üçün icmalar evidir. Bizim missiyamız ondan ibarətdir ki, dünyada hamıya birlik, mənsubçuluq, hüququların və imkanların genişlənməsini bəxş edə bilək. Reddit istifadəçiləri onları hər şeydən çox narahat edən mövzulara aid kontenti, hekayələri və müzakirələri paylaşır, səs verir və şərh edirlər. Reddit platformasında ev heyvanlarından tutmuş uşaqların tərbiyyəsinə qədər hamı üçün maraqlı olan icmalar var və gündəlik 50 milyon aktiv unikal istifadəçi platformanı İnternet məkanında  ən açıq və səmimi müzakirələrin aparıldığ məkana çevirir. 

 

Daha ətraflı məlumat üçün redditinc.com saytını ziyarət edin.