Monteneqroda naməlum şəxs atəş açıb - Ölənlər var - VİDEO

 21:45 12.08.2022     385

Monteneqronun Çetinye şəhərində naməlum şəxsin atəş açıb. Nəticədə bir neçə nəfər ölüb. Ölənlər arasında uşaqlar da var.

Redaktor.az xəbər verir ki, qatil şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib. Həmçinin zərərçəkənlərin yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb.

Məlumata görə, atəş açan şəxs özü də ölüb. Onun polis tərəfindən öldürüldüyü, ya intihar etdiyi barədə açıqlama verilmir.

Hazırda ölən və yaralananların sayı dəqiq məlum deyil.