Erməni uşaqlar məktəbə Atatürkün portreti ilə ilə gedəcək
İrəvanın "Urartu" ticarət mərkəzində üzərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portreti və imzası olan bel çantaları satışa çıxarılıb.
Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Armine Melkonyan feysbuk səhifəsində foto paylaşıb.
Jurnalistin dərc etdiyi fotoda müasir Türkiyənin qurucu və lideri Mustafa Kamal Atatürkün təsviri və imzası olan məktəbli çantaları yer alıb.
Əksər sosial şəbəkə istifadəçiləri bundan hiddətlənsələr də, bəziləri belə halın əvvəllər də olduğunu və Türkiyə simvollu məhsulların İrəvandakı mağazalarda satıldığını qeyd ediblər.












