Ukraynada son sutkada 200 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:54 13.08.2022     418

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 43 400 hərbçisi məhv edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 43400 (+200) canlı qüvvəsi,  1 856 (+7) tank, 4115 (+7) zirehli döyüş maşını, 978 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 779 PUA, 187 (+2) qanadlı raket, 15 gəmi, 3036 (+15) avtomobil texnikası və avtosistern, 91 (+1) xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

İLTİFAT

 

2