Rusiya bütün Ukraynanı işğal etməklə HƏDƏLƏDİ

 15:45 13.08.2022     395

“Qərbin uzaqmənzilli silah sistemlərinin Ukraynaya tədarükü Rusiya "xüsusi əməliyyat"ının coğrafi vəzifələrinin genişlənməsinə səbəb olacaq”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev deyib.

“Sergey Lavrov Qərbin Kiyevə kütləvi silah tədarükünün xüsusi hərbi əməliyyatın gedişinə təsirini aydın izah edib. Ukraynanın daha çox uzaqmənzilli silah sistemləri ilə təchiz edilməsi "xüsusi əməliyyat"ın coğrafi məqsədlərinin daha da artmasına səbəb olacaq”, - o vurğulayıb.

XİN rəsmisi deyib ki, Rusiya Ukrayna ərazilərində təhdid yarada biləcək silahların saxlanmasına icazə verə bilməz.