Abdulla Güldən xəbər var

 19:26 13.08.2022     337

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd edilir ki, o, təcrid edilib və müalicəsini evində davam etdirir. A.Gül COVID-19-u yüngül keçirir.

Qeyd edək ki, Türkiyə dünyada koronavirusa yoluxma statistikasına görə 10-cudur. Ölkədə bu günədək 16 295 817 insan COVID-19-a yoluxub, 99 678 nəfər ölüb, koronavirusa yoluxmuş 15 875 121 insan sağalıb.