Çin təyyarələri Tayvan boğazını keçdi

 20:31 13.08.2022     301

Çin Tayvan adası yaxınlığında hərbi fəaliyyətini davam etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şənbə günü Çin Hərbi Hava Qüvvələrinə məxsus 13 təyyarə Tayvan boğazının orta xəttini keçib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.