Türkiyəli məşhur xanım siyasətçini it dişlədi 

 22:30 13.08.2022     414

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşeneri it dişləyib.

Redaktor.az xəbər verir ki, hadisə siyasətçi xanımın Yalovaya səfəri  zamanı baş verib.

Məlumata görə, Akşenerin avtomobili sahibsiz iti vurub. Siyasətçi avtomobilindən düşərək vəziyyətə müdaxilə etmək istəyən zaman it onun əlini dişləyib.

Partiya lideri ehtiyat tədbiri olaraq quduzluğa qarşı peyvənd olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən