“35 656 terrorçu zərərsizləşdirilib” - Hulusi Akar

 23:21 13.08.2022     310

Şəhid ailələri və qazilərlə görüşən Türkiyənin müdafiə naziri Hulusi Akar 24 iyul 2015-ci il tarixindən indiyədək 35 min 656 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Redaktor.az xəbər verir ki, Balıkəsir Polis Evində təşkil olunan ziyafət proqramında çıxış edən nazir Silahlı Qüvvələrin ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməyə davam etdiyini vurğulayıb.

Akar son illərdə Türkiyə ordusunun vəzifə və məsuliyyətinin artdığına da diqqət çəkib.