ABŞ Rusiya və Çinlə müharibə astanasındadır - Kissincer

 23:30 13.08.2022     369

Vaşinqton ənənəvi diplomatiyadan imtina edib və liderlərin olmaması dünyanı Ukrayna və Tayvanda müharibə uçurumuna gətirib çıxarıb.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal” nəşrinə açıqlamasında bildirib.

“Biz Rusiya və Çinlə müharibənin astanasındayıq, bunun necə bitəcəyi və ya bizi hara aparacağı barədə heç bir fikrimiz yoxdur”, - deyə Kissincer qeyd edib.

99 yaşında olan Henri Kissincer bu yaxınlarda yeni kitabını dərc edib. Kitab müharibədən sonrakı tanınmış liderlər haqqındadır. Konrad Adenauer, Şarl De Qol, Riçard Nikson, Ənvər Sadat, Li Kuan-Yu və Marqaret Tetçerdən bəhs edilən kitabda liderlərin baxışı və tarixi nailiyyətləri təhlil edilir.

Henri Kissincer ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri (1969-1975) və dövlət katibi (1973-1977) olub. O, həm də Nobel Sülh Mükafatı laureatıdır.