Belarusda təyyarə qəzasında ölənlər var

 02:38 14.08.2022     379

Belarusda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki pilot həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə respublikanın İstintaq Komitəsi (İK) məlumat yayıb.

"İlkin məlumatlara görə, bu gün yüngül mühərrikli təyyarənin iki pilotu Slonim (Qrodno vilayəti) üzərində uçuşlar həyata keçirib. Təyyarə axşam saatlarında Slonim rayonu üzərində qəzaya uğrayıb. Hər iki pilot aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb", - komitə bildirib.

Komitədən verilən məlumata görə, hazırda İstintaq Komitəsinin regional aparatının müstəntiqləri hadisə yerində işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.