Türkiyədə güclü zəlzələ oldu

 09:31 14.08.2022     390

Türkiyədə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar İzmirin Menderes rayonunda 5 bal gücündə hiss edilib.

Zəlzələ Yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Kuşadası körfəzi sahilində yerləşən şəhərdə böyük ölçüdə hiss edilən zəlzələnin fəsadları barədə məlumat verilməyib.