Rusiyanın 3 hərbi bazası və silah anbarları  VURULDU

 11:05 14.08.2022     384

Xerson vilayətində Ukrayna ordusu tərəfindən Rusiyanın üç hərbi bazası və üç sursat anbarı vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Baza və anbarlar Kaxovka, Novaya Kaxovka, Geniçesk və Berislavski rayonlarında yerləşib.

Bombardman nəticəsində Rusiya ordusunun nə qədər itki verdiyi açıqlanmayıb.