Ukraynada son sutkada 150 işğalçı MƏHV EDİLDİ - FOTO

 13:03 14.08.2022     1570

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 4 550 hərbçisi məhv edilib".

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 43550 (+150) canlı qüvvəsi,  1863 (+8) tank, 4126 (+11) zirehli döyüş maşını, 980 (+2) artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 194 (+1) helikopter, 784 (+5) PUA, 187 qanadlı raket, 15 gəmi, 3039 (+3) avtomobil texnikası və avtosistern, 91 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

İLTİFAT