Ermənistanda partlayış oldu - FOTO

 14:17 14.08.2022     4753

Ermənistanda partlayış olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Məlumata görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb.

Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır.

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.