İrəvanda partlayışda ölənlərin sayı artır - VİDEO - YENİLƏNİB
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat yayıb.
Meyiti tapılan şəxsin qadın olduğu bildirilir. Beləliklə, ölənlərin sayı 3 nəfərə çatıb. Hadisə nəticəsində 61 nəfər isə xəsarət alıb.
***
İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən yanğın nəticəsində yaranan dağıntıların altından bir qadının meyiti çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Partlayış nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər həyatını itirib.
Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanmışdı.
Xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.
***
Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı bir nəfər ölüb, xəsarət alanların sayı 57 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.
Qeyd edək ki, hadisə yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub.
Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
***
İrəvanda partlayış və yanğının baş verən “Surmalu” topdansatış bazarında tikililər dağılıb, insanlar dağıntılar altında qalıb.
Redaktor.az TASS-aistinadən xəbər verir ki, şəhər meriyasının məlumatına görə, hazırda xilasedicilər zərərçəkənləri axtarır.
Polis həlak olanların yaxınlarını hadisə yerinə buraxmır. Ərazidəki pirotexniki vasitələr hələ də partlamağa davam edir. İnsident nəticəsində yaralananların sayı artıq 20-yə çatıb. Hələlik 1 nəfərin öldüyü təsdiqlənib. Ölən və xəsatər alanların sayının artacağı gəzlənilir.
***
İrəvandakı partlayışın təfərrüatları məlum olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib, bundan sonra yanğın başlayıb. Yanğın 3-cü kateqoriyaya aid edilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ölənlər var. Təcili yardım xidmətinin rəhbəri yeddi zərərçəkənin xəstəxanalara çatdırıldığını deyib.
var.












