Misirdə kilsədəki yanğında 41 nəfər can verdi

 15:13 14.08.2022     250

Misirdə kilsədə baş verən yanğında azı 41 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press”məlumat yayıb.

"Misir Kopt Kilsəsi səhiyyə orqanlarına istinadən xəbər verir ki, Qahirədə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb", - agentlik bildirib.

Kilsəyə 5 min insanın toplaşdığı qeyd edilir. Yanğın başlayandan sonra izdiham yaranıb.

Daha əvvəl yerli media Misirin Giza şəhərində kilsədə baş verən yanğında azı 35 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını bildirib.