Rusiyaya məxsus hərbi hissədə partlayış oldu

 09:30 16.08.2022     4079

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən