Ukraynada Putinin daha bir sevimli generalı ÖLDÜRÜLDÜ

 10:28 16.08.2022     6782

Ukraynada döyüş zamanı Rusiya ordusunun generalı öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Rusiya ordusunun generalını zərərsizləşdirib.

Arestoviç öldürülən generalın adını açıqlamasa da, onun Putinin sevimli generallarından biri olduğunu qeyd edib. O, həmçinin əlavə edib ki, rus işğalçıları xeyli sayda itki verib.

Qeyd edək ki, bundan öncə Britaniya kəşfiyyatı Ukraynada Rusiyanın azı 10 generalının öldürüldüyünü açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən